Haqqımızda
Şirkət Haqqında
“Inlingua” beynəlxalq dil məktəbi 1968-ci ildə İsveçrənin Bern şəhərində yaradılmışdır. Bu gün Inlingua – dünyanın aparıcı dil məktəbləri assosiyasiyası olmaqla, 5 qitənin 40 ölkəsində 300 linqvistik mərkəzləri birləşdirən qlobal şəbəkədir.
Inlingua metodunun üstünlüklərindən nəhəng beynəlxalq korporasiyalar və kiçik şəxsi şirkətlərin əməkdaşları istifadə etmişlər.
Kompaniyanın uğurunun səbəbi isə assosiyasiyanın bütün məktəblərində hamı üçün eyni olan təlim standartının qorunması, tədrisin keyfiyyət və metodikasına yüksək tələblər qoyulmasıdır.
Yüksək ixtisaslı müəllimlər öyrədilən dil üzrə məşğələləri Inlingua məktəbinin mütəxəssisləri tərəfindən işlənib hazırlanmış müasir metodiki vəsaitlər əsasında aparırlar. Müəllimlər Inlingua Akademiyasında İsveçrəli metodist tərəfindən təlim keçiblər.
Inlingua-nın Bakı ofisi 2018-ci ildən uğurla fəaliyyət göstərir. Fəaliyyəti boyunca böyük uğurlara imza atıb. 2019-cu ildə İsveçrədə yerləşən baş ofis Inlingua Baku-nu keyfiyyət sertifikatı ilə təltif edib. Inlingua Baku-nun tələbələri Avropa, ABŞ və Azərbaycanda olan prestijli məktəb və universitetlərə qəbul olublar.
Bizimlə əlaqə saxlayın
Bizimlə fərdi məsləhətləşin və ya bir təklif istəyin.