Rus dili öyrənmək nə üçün lazımdır?
Rus dilini öyrənmək üçün Google-da sürətli kitab axtarışı çoxlu nəticələr verir. Dövrümüzün tələblərindən olan rus dili nəinki ölkəmizdə, hətta dünyada da geniş yayılmışdır. Xüsusən, ölkəmizdə tələbatın çox olması rus dili kurslarının sayının artmasına da səbəb olmuşdur. Təbii ki, kurslardan əlavə google kimi axtarış motorlarının köməyi ilə tam sıfırdan müəyyən səviyyəyə kimi rus dili bacarıqlarınızı istər kitablar, istərsə də rus dili oyrenmek ucun filmler ilə inkişaf etdirə bilərsiniz.
Rus dili oyrenmek ucun kitab və onların faydaları nələrdir?
Sizə təqdim etdiyimiz ” rus dili oyrenmek ucun kitab ” bloqumuzda 5 fərqli kitabla tanış olacaqsınız. Bu kitabların köməyi ilə rus dili qrammatika və danışıq bacarıqlarınız normal səviyyəyə qədər yüksələcək. Elə isə gəlin blogumuza keçid edək.
1.Русско-английский англо-русский словарь
Əgər həm ingilis, həm də rus dilini birlikdə inkişaf etdirmək istəyirsinizsə, bu kitab sizin üçün möhtəşəm seçim ola bilər. Sözlərin, qrammatikanın və testlərin yardımı ilə siz əlifbadan başlayaraq müəyyən səviyyəyə kimi irəliləyəcəksiniz.
2. A Comprehensive Russian Grammar, Third Edition – learn russian
Bildiyiniz kimi qrammatika şətinlik dərəcəsinə görə rus dili öyrənənlərin ən yaralı yeridir. Geniş və qəliz qrammatikaya sahib bu dili sizə təqdim etdiyimiz kitabın köməyi ilə ən qısa zamanda sadə izahlarla mükəmməl şəkildə öyrənəcəksiniz. Əgər siz də cümlə qurmaqda, sözlərin düzgün işlədilməsi və daha bir çox önəmli qrammatik qaydalarda çətinlik çəkirsinizsə, bu kitab ideal bir seçim olacaqdır.
3.Большой англо-русский и русско-английский словарь
Gəldik ən çox axtarılan – rus dili sözlər bölməsinə. 1008 səhifədən ibarət olan bu kitab sizə bol çeşidli sözlər təqdim edəcəkdir. İlkin bilikləri, asan və gündəlik istifadə olunan sözləri özündə birləşdirən bu kitabın sayəsində, hətta, ən çətin səviyyələrə kimi gedib çıxa bilərsiniz. Qeyd etmək istərdik ki, hər bir sözün qarşılığı ingiliscə göstərilmişdir.
4. Learn Russian: The Ultimate Guide to Talking Online in Russian
Həm danışaraq, həm öyrənərək praktika edə biləcəyiniz bir rus dili kitabı axtarırsınızsa, doğru ünvandasınız. Sizinlə bölüşdüyümüz bu kitabın köməkliyi ilə rus dilini heç bir ödəniş etmədən çox rahat şəkildə onlayn öyrənə biləcəksiniz. Əsasən, ilkin bilikləri özündə birləşdirən bu kitab sayəsində rus dili biliyiniz sıfırdan orta səviyyələrə kimi inkişaf edəcəkdir.
5. Russian Vocabulary for English Speakers 3000 words
Rus dilində normal səviyyədə danışmaq üçün söz bazanız ən azı 1000 sözü keçməlidir. Yeni sözlər öyrənmək üçün də sıra ilə düzgün şəkildə hazırlanmış bir lügətin olması isə əsas məsələlərdən biridir. Yuxarıda göstərilmiş bu kitab sizə 3000 ən çox işlənən sözdən ibarət bir lügət təqdim edir. Hər bir sözün önündə müvafiq açıqlaması və tələffüzü qeyd edilmişdir. Sözlərin qarşılığının ingilliscə olması isə sizə hər iki dili paralel şəkildə inkişaf etdirməyinizə köməklik edəcəkdir.
Kitablardan öyrəndiklərinizi isə test etmək və ya həmin dillə bağlı maraqlı məlumat öyrənmək üçün isə bizi instagramdan izləyə bilərsiniz:
Rus dili oyrenmek ucun proqramlar bloqumuza keçid edərək bəhs etdiyimiz kitablarla yanaşı faydalı proqramlarla tanış ola bilərsiniz.