Inlingua Metodikası
Inlingua metodu
Şəbəkənin bütün məktəblərində unikal Inlingua metodu həm geniş yayılmış, həm də nadir dillərin öyrədilməsində tətbiq olunur. Bu metod universaldır və müxtəlif millətlərdən olan tələbələrin təlimin bütün mərhələlərində öz effektivliyini təsdiq etmişdir.
inlingua metodu kompleks “nou-hau” təlim metodudur. Bu kompleks 3 komponentdən təşkil olunur:
-Spesifik təlim texnologiyaları
-Orijinal dərs vəsaitləri
-Peşəkar müəllimlər
Təlim texnologiyaları 1960-cı illərin sonunda işlənib hazırlanmışdır və bizim məktəblərin çoxillik praktiki fəaliyyəti prosesində müntəzəm təkmilləşdirilmişdir.
Dərs vəsaitləri Bern şəhərində aparıcı mütəxəssislər tərəfindən işlənib hazırlanır və inlingua Bern , İsveçrə nəşriyyatında yalnız assosiasiyanın məktəbləri üçün nəşr olunur.
inlingua məktəbi öz tələbələrinə effektiv təlim materialları təqdim edir. Bu materialların tərkibinə dərs vəsaitləri, xüsusi testlər, audio və video materiallar, təlim verən internet platformaya giriş daxildir.
inlingua müəllimləri – milli Inlingua dil mərkəzlərində xüsusi hazırlıq keçmiş yüksək ixtisaslı mütəxəssislərdir. Inlingua metodu ilə təlim rahat təhsil və xarici dildə sərbəst dialoq deməkdir.
Inlingua metodunun “qızıl” qaydaları
-Dərslərdə tələbələr tamamilə xarici dildə ünsiyyətdə olurlar (dərslər yalnız xarici dildə, tərcümə olmadan aparılır).
-Əsas vurğu real dialoq vəziyyətlərində danışıq vərdişlərinin inkişafı istiqamətində formalaşdırılır
-Müəllim tələbələrə danışmaq, qulaq asmaq və danışıq vərdişlərini inkişaf etdirmək şəraiti yaratmaqla, köməkçi və ya məsləhətçi funksiyasını icra edir
-Minimum nəzəriyyə, maksimum nümunələr və praktika
-Müəllim tələbələrin biliklərinin daimi monitorinqini aparır
-Dərs prosesində tələbələrin yaradıcılıq istedadı inkişaf edir və təlim verilən dildə dialoq mühiti yaradılır
-Müəllim tələbələrin nitqlərinin savadlı olmasını müntəzəm izləyir
-Məşğələlər tələbələr üçün komfort, canlı və dinamik atmosferdə keçirilir
Bizimlə əlaqə saxlayın
Bizimlə fərdi məsləhətləşin və ya bir təklif istəyin.