Inlingua Baku — İsveçrənin Bern şəhərində 1968-ci ildə əsası qoyulmuş beynəlxalq Inlingua dil mərkəzlər şəbəkəsinin Bakı filialıdır.
Şirkət haqqında
Inlingua beynəlxalq dil məktəbi 1968-ci ildə İsveçrənin Bern şəhərində yaradılmışdır. Bu gün Inlingua — dünyanın aparıcı dil məktəbləri assosiyasiyalarından biridir: 5 qitənin 40-dan çox ölkəsində 300-dən artıq linqvistik mərkəzi birləşdirən qlobal şəbəkədir.
Inlingua metodunun üstünlüklərindən nəhəng beynəlxalq korporasiyaların və kiçik şəxsi şirkətlərin əməkdaşları istifadə etmişdir. Kompaniyanın uğurunun səbəbi assosiyasiyanın bütün məktəblərində eyni təlim standartının qorunması, tədrisin keyfiyyət və metodikasına qoyulan yüksək tələblərdir.
Yüksək ixtisaslı müəllimlərimiz dərsləri Inlingua məktəbinin mütəxəssisləri tərəfindən hazırlanmış müasir metodiki vəsaitlər əsasında aparırlar. Bütün müəllimlərimiz Inlingua Akademiyasında İsveçrəli metodistlər tərəfindən təlim keçmişlər.
Inlingua Baku
Inlingua-nın Bakı ofisi 2018-ci ildən uğurla fəaliyyət göstərir. Fəaliyyəti boyunca böyük uğurlara imza atmışdır. İsveçrədə yerləşən baş ofis Inlingua Baku-nu keyfiyyət sertifikatı ilə təltif etmişdir. Tələbələrimiz Avropa, ABŞ və Azərbaycandakı prestijli məktəb və universitetlərə qəbul olunublar.
ISO 21001:2018 Sertifikatı
Böyük sevinc və qürur hissi ilə bildirmək istəyirik ki, Inlingua Baku — İsveçrənin beynəlxalq dil məktəbi — təhsildə yüksək keyfiyyət standartını göstərən ISO 21001:2018 beynəlxalq sertifikatına layiq görülüb!
ISO 21001:2018 — Təhsil Təşkilatlarının İdarəetmə Sistemləri (Educational Organizations — Management Systems) standartıdır. Bu sertifikat təhsil müəssisəsinin tədris proseslərinin beynəlxalq keyfiyyət norma və tələblərinə tam uyğunluğunu rəsmi olaraq təsdiq edir.